• $
  • €
  • ₽
  • ₺
  • £

Şuşada Qarabağ vəkil bürosu yaradıldı

Şuşada Qarabağ vəkil bürosu yaradıldı
28.12.2020 16:48
"Qarşımızda Qarabağ bölgəsində yeni vəkil qurumlarının yaradılması kimi şərəfli vəzifə dayanır. Dədə-baba yurdlarına, doğma torpaqlarına qayıdan vətəndaşlarımıza keyfiyyətli hüquqi yardım göstərilməli, onların hüquqi yardıma çatımlılığı təmin edilməlidir. Vəkillik bu vəzifəni də ən qısa zamanda yerinə yetirəcək. Beləliklə, Vəkillər Kollegiyası illər boyu hüquqi yardıma çatımlılığın təmin olunmadığı ərazilərimizdə fəaliyyət göstərəcək. Artıq Qarabağ vəkil bürosu yaradılıb və o, Şuşada yerləşəcək. Biz çalışacağıq ki, həmin qurumun fəaliyyətinin təşkili üçün bütün lazımi səyləri göstərək”.

Bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov açıqlama verib.

Prezident İlham Əliyevin 2019-cu il 25 dekabr tarixli Sərəncamına əsasən, dekabrın 28-nin Azərbaycanda Vəkil Günü elan edildiyini vurğulayan A.Bağırov bildirib ki, bu il vəkillər üçün xüsusi əhəmiyyət kəsb edir:

"Vətən müharibəsindəki Qələbə ilində peşə bayramını qeyd etmək qürurvericidir. Bu gün Fəxri xiyabanı ziyarət edərək ulu öndər Heydər ƏIiyevin əziz xatirəsini yad etmək, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş qəhrəmanların xatirəsini Şəhidlər xiyabanında anmağı özümüzə borc bilirik. İyirmi bir il əvvəl - 1999-cu il dekabrın 28-də xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun qəbul olundu. Beləliklə, ölkədə demokratik, müstəqil, qeyri-dövlət və bütün vəkilləri birləşdirən hüquqi təsisat kimi Vəkillər Kollegiyası fəaliyyətə başladı”.

Sədr deyib ki, hazırda Vəkillər Kollegiyası dinamik inkişaf edir. Son illərdə ölkədə vəkillərin sayı xeyli artıb. Pandemiyaya baxmayaraq, onlayn imtahanlar davam edib. Eləcə də 100-dən çox namizəd vəkilliyə qəbul olunub. Bu il ölkədə vəkillərin sayı 1 844-ə çatıb. Eyni zamanda ölkədə vəkil qurumların sayı da artaraq 100-ə çatıb. Beləliklə, demək olar ki, respublikanın bütün şəhər və rayonlarında vəkil qurumları fəaliyyət göstərir.

"Vəkillər Kollegiyası 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin haqq işinə dəstək vermək üçün var gücü ilə çalışıb. Müstəqil təşkilat olan Vəkillər Kollegiyası hüquqi və faktoloji əsaslar toplayaraq bütün beynəlxalq təşkilatlara hesabat xarakterli müraciətlər göndərib. Eyni zamanda şəhidlərin ailə üzvləri, qazilər, ümumiyyətlə, hərbi əməliyyatlarda iştirak edən əsgər və zabitlərin ailələri vəkillər tərəfindən keyfiyyətli pulsuz hüquqi yardım alırlar. Fərəh hissi ilə qeyd etməliyəm ki, yeddi vəkil hərbi əməliyyatlarda iştirak edib. Onlardan bir neçəsi dövlətimizin başçısının müvafiq Sərəncamları ilə təltif olunub və hər biri bu əməliyyatlarda həm vəkilliyi təmsil edib, həm də vətənpərvər vətəndaşlar kimi igidlik göstəriblər.

Bu gün həmçinin Vəkillər Kollegiyasında onlayn konfrans keçiriləcək. Orada ölkədə fəaliyyət göstərən bütün vəkil qurumları təmsil olunacaq və fərdi vəkillər də iştirak edəcəklər. Konfrans Vətən müharibəsindəki böyük Qələbəyə həsr olunacaq”, - deyə A.Bağırov qeyd edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol