• $
  • €
  • ₽
  • ₺
  • £

Koronavirusa yoluxan hamilə qadınlarda virus körpəyə keçə bilərmi?

Koronavirusa yoluxan hamilə qadınlarda virus körpəyə keçə bilərmi?
30.12.2020 13:40
"COVID-19 virusu əsasən hava-damcı yolu vasitəsilə yayılır. Bu səbəbdən hamiləlik zamanı COVID-19-a yoluxma halı baş verərsə, virusun ana bətnindəki körpəyə keçmə ehtimalı minimaldır".
 
Anews.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib.
 
O, hamilə qadınlara və analara COVID-19 riski ilə bağlı tövsiyələrini çatdırıb:
 
"Hamiləlik infeksiyaya meyilliliyi artmır və xəstəliyin klinik gedişatını ağırlaşdırmır: infeksiyalaşmış anaların əksəriyyəti sağalır. Hamilə qadınlarda COVID-19 klinik əlamətləri hamilə olmayan şəxslərlə eynidir. Lakin hamilə qadınlarda COVID-19-la əlaqəli ağır fəsadlaşma baş verdikdə intensiv terapiya şöbəsinə hospitalizasiya və ekstrakorporal membran oksigenasiya zərurəti yarana bilər".

Baş mama-ginekoloq deyib ki, ana südü ilə virusun yoluxması sübut olunmayıb:
 
"Lakin əmizdirmə zamanı ana ilə körpə arasında məsafə az olduğundan hava-damcı yolu ilə yoluxma mümkündür. Bu zaman anaların tibb maskadan istifadəsi tövsiyə olunandır. Ana südündə passiv anticisimlər və digər infeksiya əleyhinə faktorlar olduğundan döşlə əmizdirmə alqışlanmalıdır. Ana xəstə olduğu halda bilavasitə kontaktın azaldılması məqsədi ilə yenidoğulmuşu sağılmış ana südü digər sağlam şəxs tərəfindən, gigiyena qaydalarına riayət edərək, qidalandırılması tövsiyə edirilir".
 
S.Məmmədova südverən COVID-19 xəstəsi ananın aldığı müalicənin, dərman preparatlarının körpənin sağlamlığı üçün hər hansı təhlükə yaradıb-yaratmadığına da aydınlıq gətirib:
 
"ABŞ-ın bəzi xəstəxanalarında protokola uyğun COVID-19 ağır gedişatlı hamilələrdə remdezivirindən istifadə olunur. Remdezivir SARS-CoV-2-nin vitro və digər koronoviruslara təsir edən yeni nukleotid analoqudur. Ebola və Marburq virus xəstəliyi olan hamilələrdə istifadə olunmuş və döl üçün hər hansı bir toksik təsiri haqqında məlumat olmamışdır. Lakin randomizə olunmuş klinik tədqiqat COVID-19 pandemiyası zamanı hamilə və süd verən analara bu dərmanın istifadəsini istisna etmişdir. Bəzi tədqiqatlarda lopinavir – ritonavir (adətən İİV infeksiyalı hamilələrdə) istifadə edilir. Ciftdən keçir və vaxtından əvvəl doğuş riskini artırır. Lakin insanlarda teratogen effekt qeydə alınmayıb. COVID-19 da olunan ribavirin və barisitinib kimi vasitələr tertogen effektə malikdir. (Trend)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Cəmiyyət 09:50
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol