• $
  • €
  • ₽
  • ₺
  • £

“Sirli ünvan”dakı şirklətlərdən biri bu dəfə BNA ilə əməkdaşlıq edəcək

“Sirli ünvan”dakı şirklətlərdən biri bu dəfə BNA ilə əməkdaşlıq edəcək
30.12.2020 15:33
Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Voklus TT Qrup” MMC olub.
 
Anews.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, "Voklus TT Qrup” MMC BNA-nın sifarişi əsasında "Dəftərxana, mətbəə, çap işləri üzrə mal-materiallar və digər işlərin satın alınması”nı həyata keçirəcək. Qeyd olunan xidmətlərin həyata keçirilməsi üçün BNA "Voklus TT Qrup” MMC -yə  28 min 249 manat 95 qəpik ödəyəcək.
 
Məlumat üçün bildirək ki, "Voklus TT Qrup” MMC 04.08.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı "Nizami rayonu, Məşədi Hilal Kazımov, ev 40”da yerləşir. Qanuni təmsilçisi Rəhimov Bayram Tahir  oğlu olan "Voklus TT Qrup” MMC cəmi 4 ay əvvəl dövlət qeydiyyatına alınmasına baxmayaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin keçirdiyi 2 tender müsabiqəsinin qalibi olub.
 
"Voklus TT Qrup” MMC  oktyabr ayında "Qobu Park-3” yaşayış kompleksinə II mərhələdə 536 məcburi köçkün ailəsinin köçürülməsi” xidməti üçün
 
"Qaçqınkom”dan 95 min 944 manat, dekabr ayında isə "Santexnika mallarının alışı” üçün 8 min 380 manat alıb.
 
Məlumat üçün bildirək ki, "Qaçqınkom”müsabiqə elanını sentyabr ayının 25-də elan edib. 96 min manatlıq tender müsabiqəsinin qalibi olan "Voklus TT
 
Qrup” MMC  bu elandan təxminən ay yarım əvvəl – avqust ayının 4-də dövlət qeydiyyatına alınıb.
 
Maraqlı məqamlardan biri də odur ki, "Voklus TT Qrup” MMC -nin  dövlət qeydiyyatına alındığı ünvanda yaxın tarixlərdə onlarla şirkət qeydiyyata alınıb və bu şirkətlərin nizamnamı kapitalları eyni olub, həmçinin adlarında bənzərlik olan bu MMC-lərin qanuni təmsilçiləri də eyni şəxslər olub.
 
Onu da qeyd edək ki, "Nizami rayonu, Məşədi Hilal Kazımov, ev 40” ünvanında qeydə alınan şirkətlərlə Bakının başqa bir "sirli ünvan”ında - "Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanda qeydiyyatda olan şirkətlər arasında əlaqə mövcuddur. Belə ki, noyabr ayında hərbi hissələrdən birinin keçirdiyi 192 min manatlıq  tender müsabiqəsinin qalibi "Nizami rayonu, Məşədi Hilal Kazımov, ev 40” ünvanında qeydə alınan "Ruklon Az Ltd” MMC olub.
 
"Ruklon Az Ltd” MMC-nin qanuni təmsilçisi Skvortsov Arkadiy Sergeyeviç "Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanda da başqa bir şirkəti qeydiyyatdan keçirib. 08.09.2020-ci il tarixində Skvortsov Arkadiy Sergeyeviç "2-ci Zabrat dairəsi ev.133 m.72” ünvanında "Okean az Grup” adlı şirkəti qeydiyyatdan keçirib.
 
Qeyd olunan ünvanda qeydiyyatdan keçən şirkətlərin siyahısı ilə BURDAN tanış ola bilərsiniz.
 
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi ay yarım əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Cəmiyyət 09:50
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol