• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell abunəçilərini rəqəmsal kampaniya ilə sevindirir!

Azercell abunəçilərini rəqəmsal kampaniya ilə sevindirir!
31.12.2020 12:04
Azercell abunəçiləri Yeni il ərəfəsində ən sevdikləri tətbiqlərdən internet xərclərini düşünmədən yararlanacaq! Ölkənin lider mobil operatoru bütün abunəçilərini qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edir və  2021-ci ilin yanvar ayının 21-nə kimi "Bookmate Plus”, "Busuu”, "SberZvuk” və "NNTV” xidmətlərindən internet sərf etmədən istifadə imkanı yaradır. 

Xatırladaq ki, ölkədə ən zəngin rəqəmsal məhsullar portfelinə sahib olan Azercell-in tətbiqlərinə abunə olmaq çox asandır. 

Mütaliəni hər kəs üçün daha da əlçatan edən, Azərbaycan, türk, ingilis, rus və digər dillərdə dünya ədəbiyyatını oxumaq və audio versiyasını dinləmək üçün sərhədsiz imkanlar yaradan "Bookmate Plus” xidmətinə günlük qoşulmaq üçün smartfonun ekranında *511#yes, aylıq aktiv etmək üçün isə *533# yes komandasının yığılması kifayətdir.

Azercell xarici dilləri öyrənmək, dil biliklərini inkişaf etdirmək istəyən abunəçilərini də diqqət mərkəzində saxlayaraq "Busuu” xidmətini təqdim edir.  "Busuu” xidmətini günlük aktiv etmək  üçün telefonun ekranında  *696#YES, aylıq paket üçün isə *969#yes yığılmalıdır.

Musiqi sevərlər isə şirkətin  "SberZvuk” xidmətindən faydalana bilərlər. Ən son musiqi parçalarını telefonunuza daşıyan "SberZvuk”  xidmətinə günlük abunə olmaq üçün *701#yes, aylıq abunəlik aktiv etmək üçün isə *707#yes komandası yığılmalıdır.

200-dən çox televiziya kanalını internet üzərindən onlayn surətdə və yüksək keyfiyyətdə izləmə imkanı verən "NNTV” xidmətini günlük aktiv etmək üçün *401#yes, aylıq aktiv etmək üçün isə *430#yes smartfonun ekranında yığılmalıdır. Onu da qeyd edək ki, abunəçilərinin rahatlığını hər zaman düşünən Azercell, bu xidmət üçün xüsusi paketlər də təqdim edir. Ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/services/partner_services/mobiltv səhifəsinə keçid etməyiniz xahiş edilir. 

Qeyd edək ki, Azercell-in Yeni il kampaniyasından yararlanmaq üçün abunəçinin xətti 2 tərəfli açıq və balansda minimum 1 azn vəsait olmalı, ən əsası isə internet xətti aktiv olmalıdır.

Kampaniya haqqında ətraflı məlumat əldə etmək üçün https://www.azercell.com/az/personal/campaigns/monthly/newyear/ səhifəsinə, Azercell-in rəqəmsal həlləri ilə tanış olmaq üçün https://www.azercell.com/az/personal/services/partner_services/ səhifəsinə keçid etməyiniz xahiş olunur. 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol