• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya sülhməramlısından növbəti təxribatçı addım - VİDEO

Rusiya sülhməramlısından növbəti təxribatçı addım - VİDEO
02.01.2021 09:31
Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətlərində növbəti dəfə məqsədi aşan fikirlər səsləndirilib.

Bu dəfə sülhməramlıların tərkibinə daxil olan hərbi qulluqçulardan biri Yeni illə bağlı tost deyərkən ermənilərə səslənib.

Laçında xidmətini davam etdirən rusiyalı hərbi qulluqçu ermənilərə səslənərək narahat olmamağı, onların yanında olduqlarını, Qarabağa məhz onlar üçün gəldiklərini bildirib:

"Biz ona görə burdayıq ki, hər şeyi yerbəyer edək. Sizi əmin edirəm ki, tezliklə hər şey qaydasına düşəcək. Hətta nağıllarda da yekunda hər şey belə bitir – xeyir şərə qalib gəlir. Əgər söhbət qorxudan gedirsə, hamımız qorxuruq. Amma siz geri dönməlisiniz. Necə deyərlər, risk etməyən şampan içməz. Doğrudur, hazırda mən şampan yox, meyvə şirəsi içirəm, amma bunu sizin şərəfinizə qaldırıram və bildirmək istəyirəm ki, yolunuzdan dönməyin. İrəli gedin və heç kimdən qorxmayın. Yeni iliniz mübarək!”

Rusiyalı hərbçi yekunda erməni dilində erməniləri salamlayıb və Laçın şəhərinin adını ermənilərin adlandırdığı kimi, Berdzor olaraq tələffüz edib.

Dünyanın istənilən bölgəsində sülhməramlı əməliyyatın əsas prinsipi münaqişə tərəflərinə qarşı qərəzsiz olmaqdır. Müharibə edən qəzəbli tərəflər sülhməramlıların hərəkətlərində hər aspekti xüsusi araşdıracaqlar. Məhz buna görə də münaqişə tərəfləri arasında dayanmağa qərar verən barışıq tərəfi üçün obyektiv mövqe və etimad vacib məfhumdur.

Rusiya sülhməramlılarının Dağlıq Qarabağ zonasında Azərbaycan və Ermənistan silahlı qüvvələrinin ayırması missiyalarını qərəzsiz yerinə yetirmələrindən çox qısa zaman keçdi.

Görünən odur ki, kontingentin tərkibinə daxil olan hərbçilərin bəziləri missiyalarından xəbərsizdir və Qarabağa nəyə görə gəldiyini unudub. Ermənilərə açıq mətnlə dəstək verən hərbçi öz qərəzini aydın şəkildə nümayiş etdirir. Bu, sülhməramlılarla bağlı ilk belə hal deyil. Bundan öncə də onların öz məqsədlərini aşan müəyyən açıqlamaları, hərəkətləri olmuşdu.

Görünür, əllərinə düşən hər fürsətdə ermənilərə olan sevgilərini ifadə edən rusiyalı əsgərlər həm öz ölkələrinin də imzaladığı üçtərəfli Bəyanata, həm dövlətlərarası digər razılaşmalara, həm də missiyalarına xəyanət edirlər.

Əgər bu, əsgərin öz şəxsi təşəbbüsü ilə olursa, mütləq öz komandanlığı tərəfindən cəzalandırılmalı, kontingentin tərkibindən uzaqlaşdırılmaldır. Əks halda Azərbaycan ictimaiyyəti arasında sülhməramlılara qarşı yaranmış şübhələr daha da genişlənəcək və bu missiya öz əhəmiyyətini itirəcək.

Sözügedən videonu təqdim edirik:

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Cəmiyyət 09:50
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol