• $
  • €
  • ₽
  • ₺
  • £

XTQ giziri qəzaya düşüb - DİN-dən açıqlama

XTQ giziri qəzaya düşüb - DİN-dən açıqlama
03.01.2021 13:07
Ötən gündən etibarən sosial şəbəkələrdə XTQ giziri Ağadədə Hacıyevin qəzaya düşməsi barədə xəbərlər yayılır.

"Qafqazinfo” məsələylə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidovla əlaqə saxlayıb. O bildirib ki, hadisə ötən ilin dekabrın 25-də Yasamal rayonu ərazisində baş verib.  E.Zahidovun sözlərinə görə, iki maşın işıqforun yol kəsişməsində toqquşub:

"Nəticədə avtomobillərin birində sərnişin qismində olan Ağadədə Hacıyev və digər avtomobilin sürücüsü Orxan Abdürrəhmanov ağır bədən xəsarətləriylə xəstəxanaya yerləşdiriliblər. Hazırda hər iki şəxs xəstəxanadadır. Bununla bağlı Yasamal rayon Polis idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələriylə cinayət işi qaldırılıb. Hazırda istintaq tədbirləri davam etdirilir. A. Hacıyevin vurulandan sonra üstündə olan mobil telefonunun və pulunun oğurlanması məsələsiylə bağlı isə istintaqda araşdırmalar aparılacaq. Bundan sonra məsələyə aydınlıq gətiriləcək. Hazırda O. Abdürrəhmanovun vəziyyəti ağır, A. Hacıyevin vəziyyəti isə orta-ağırdır”.


Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il noyabrın 11-də 1 saylı Klinik Tibbi Mərkəzdə müharibədə yaralanan qazilərə baş çəkmişdi. Həmin görüşdə qazi A. Hacıyev də iştirak edib. Həmçinin XTQ giziri ötən ilin dekabrın 24-də Prezident İlham Əliyev tərəfindən "Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol