“Türk Hava Yolları”nın təyyarəsi İstanbulda təcili eniş edib

Türk Hava Yolları”na məxsus karqo təyyarəsi təcili eniş etməli olub.
Uçuşdan qısa müddət sonra göydə quş sürüsü ilə toqquşan təyyarənin gövdəsində nasazlıq yaranıb. Karqo təyyarəsi enmək üçün yetərli ağırlıqda olması məqsədilə Mərmərə dənizi üzərində yarım saat yanacaq sərf edib. Bundan sonra təyyarə hava limanına uğurlu eniş edib.
www.anews.az
























