• $
  • €
  • ₽
  • ₺
  • £

Bələdiyyə sədri şəhid atasını təhqir etdi: “Sənin başın işləmir...” - Video

Bələdiyyə sədri şəhid atasını təhqir etdi: “Sənin başın işləmir...” - Video
03.01.2021 21:56
Azərbaycanda zaman-zaman aydı-ayrı məmurların şəhid ailələrinə, Qarabağ  qazilərinə qarşı kobud davranışların, onlara qarşı haqsız münasibətlərin şahidi olmuşuq. Düşünürdük ki, Vətən müharibəsindəki böyük qələbədən sonra bir az da olsa vicdanı olan məmurların bu davranışı dəyişəcək. Onlara qarşı haqsızlıq edənlərin sayında kəskin azalma olacaq, hüquq-mühafizə orqanları belə məmurları vaxtında cəzalandıracaq.

"Yeni Sabah”ın bu yazının sonunda təqdim etdiyi video Masallı rayonunda çəkilib. Kənd sakini olan şəhid atası qarşılaşdığı problemlə bağlı bələdiyyə sədrinə müraciət etsə də, çox kobud reaksiya ilə qarşılaşır. O, bələdiyyə sədrinin problemini nəinki həll etdiyini, əlavə problemlər yaratdığını da bildirir. Bələdiyyə sədri şəhid atasını təhqir etməkdən çəkinmir: "Sənin başın işləmir, elə bilirsən ki, heç kimin başı işləmir. Şəhid atasısan deyə, nə gəldi deyəcəksən!”.
  
Sonra isə bələdiyyə sədri "mənim oğlum sənin oğlundan da betər yerdədir. Karona xəstəxanasında işləyir bütün günü” deyir. Bu təhqirlərdən sonra şəhid atası bələdiyyə sədri ilə mübahisəni kəsir.

Video hazırda Azərbaycanda şəhid ailələrinə qarşı olan ümumi münasibəti təbii ki, əks etdirmir. Amma çox təssüflər olsun ki, uzun illər eyni vəzifə tutan məmurlar özlərini prezident İlham Əliyevin ifadə etdiyi kimi "xan kimi” aparırlar. Hətta belə həssas bir dönəmdə də onlar az da olsa insanlıq nümayiş etdirmir və bununla da xalqı hakimiyyətdən narazı salırlar. 

Masallı rayon İcra Hakimiyyətinin, aidiyyatlı dövlət qurumlarının şəhid atasının problemi ilə maraqlanacağını, kobudluq edən bələdiyyə sədrinə lazımı cəza veriləcəyini ümid edirik


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol