Beyləqanda mikroavtobus dərəyə aşdı - ölən və xəsarət alanlar var

Beyləqan rayonunda avtomobil dərəyə aşıb.
Hadisə barədə FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat verilib. "Mercedes” markalı mikroavtobusun dərəyə aşması nəticəsində bir nəfər dünyasını dəyişib, bir neçə nəfər isə xəsarət alıb.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə olan bir nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 4 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Yol qəzasının təfərrüatları araşdırılır
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























