• $
  • €
  • ₽
  • ₺
  • £

“Aerodrom” papaqlı tipik Bakılı

“Aerodrom” papaqlı tipik Bakılı
09.06.2014 17:40

Bakılıların başındakı aerodromları xatırlayırsınız? İndiki gənclər geniş dəyirmi papaqların aerodrom adlanmasından bixəbərdirlər, "Bakılı Oğlanlar " Şən Və Hazırcavablar Klubunun parlaq oyunçularından biri - Bəhram Bağırzadə səhnəyə məhz belə papaqda çıxmışdı. 

İndi Azərbaycanda gənclər belə papaqlar taxmırlar. Onlar ya başlarını qırxırlar, ya da qadınınkına bənzər tellər buraxırlar, ya da saçlarına hansısa krem çəkirlər. Deyəsən, saçlara krem çəkmək dəbdən düşməyib. 

60-80-ci illərin tipik azərbaycanlı obrazı artıq tarixə qovuşub və indi yalnız kinofilmlərdə və yumoristik verilişlərdə rastımıza çıxır. 

Jurnalist Çingiz Sultansoy belə bir tipik azərbaycanlını gözlənilmədən qəbir daşında gördü. Məhz bu səciyyəvi cəhətlərinə görə cəmiyyətdə çox sevilən mərhumun doğmaları, göründüyü kimi, qara mərmərdə onun obrazını canlandırdılar. 

Biz müsəlman azərbaycanlılar bax beləyik. Qəbrin üstündə nəsə çəkmək, hətta nəsə yazmaq günah sayılır, ancaq biz sanki bədii əsər çəkirik. 

Quran insanı şənləndirən içkilər qəbul etməyi qəti şəkildə qadağan edir. Amma özünü müsəlman sayan kişilərimiz rus arağını sevirlər. Ən yaxşı halda, pivə. Çaxır və şampan kişiyə layiq içkilər sayılmır.

Baxın, görün bu mərhumun nə qədər üstünlükləri var: Başında aerodrom, bığları, qarşısındakı masanın üstündə araq, su və şampan (şampan rəsmini nədən çəkdiklərini nəsə anlamadım). O, göyərtidən dadır, kabab yeyir, buna görə də sərxoş olmur, desert üçün isə qırmızı quba almaları var.

O, qədəh qaldırıb və sizin saflığınız, sədaqətiniz və dostluğunuz haqqında sağlıq deyir. Bəlkə də sizin ailəniz və övladlarınızın şərəfinə...

Kamal Əli

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol