• $
  • €
  • ₽
  • ₺
  • £

O videodakı əsgər Kəlbəcərdə vəfat edən Fətulla imiş...

O videodakı əsgər Kəlbəcərdə vəfat edən Fətulla imiş...
31.01.2021 13:14
Vətən müharibəsi zamanı sosial şəbəkələrdə ən çox paylaşılan videolardan biri də indi təqdim edəcəyimiz görüntülər idi. Həmin pozitiv görüntülərdə kartof soyan əsgərimizin yanındakı küçüyü əzizləməsi rəğbətlə qarşılanmışdı.

"Qafqazinfo"nun məlumatına görə, sözügedən videodakı əsgər iki gün öncə səhhətində yaranan problem səbəbi ilə Kəlbəcərdə vəfat edən Siracov Fətulla Qasım oğludur. O, ötən gün Şabranın Gəndov kəndində torpağa tapşırılıb. Məlumat üçün bildirək ki, 19 yaşlı Fətulla Siracov evin tək oğlu, üç bacının bir qardaşı olub.

Onun hərbi xidmət müddəti ötən ilin oktyabrında başa çatmalı olsa da, Vətən müharibəsinə görə tərxis edilməyib. Mərhələli şəkildə tərxis edilməli olan əsgər Siracov bu ilin fevralında evinə qayıdacaqdı.

Qeyd edək ki, Fətulla Siracov Prezidentin sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol