• $
  • €
  • ₽
  • ₺
  • £

Polis sürücüdən 3000 min manat rüşvət istəyib - İDDİA

Polis sürücüdən 3000 min manat rüşvət istəyib - İDDİA
09.02.2021 15:05
Yevlax rayonu sakini Ceyhun Baxşəliyev həmin rayonda polis müstəntiqi çalışan Şahin Osmanovun ondan rüşvət almasından şikayətçidir. 

Ceyhun Baxşəliyevin sözlərinə görə, fevralın 7-də  içkili vəziyyətdə olan bir velosipedçi onun idarə etdiyi avtomobilə çırpılıb. Maşında ailəsi ilə olan sürücü həmin adamı təcili Yevlax rayonu xəstəxanasına çatdırıb. Xəstənin xərclərini üzərinə götürən şikayətiçi qeyd edir ki, 40 dəqiqədən sonra xəstə evə buraxılıb və ortada heç bir problem olmayıb.

Baxşəliyev deyir ki, daha sonra polis bölməsinə çağrılan sürücüdən polis müstəntiqi Şahin Osmanov  3000 min manat pul tələb edib. Əvəzində polis əməkdaşı bildirib ki, işi bağlayacaq.   Baxşəliyev 1000 manatdan artıq ödəyə bilməcəyini bildirəndə polis  müstəntiqi onunla razılaşmayıb. Şikayətçi müstəntiqin ondan pul istəməsi ilə bağlı audio yazının olduğunu da deyir. 
 
Polis müstəntiqi Şahin Osmanov Ceyhun Baxşəliyevi ilk olaraq "get sənin işin bağlanıb " desə də, sonradan  səs yazısını yazdığına görə ondan qisas alacağını bildirib. Onu hadisə yerindən qaçma ittihamı ilə məhkəməyə verib. Vurulan şəxs  məhkəməyə sürücünün hadisə yerindən qaçmadığını bildirməsinə  baxmayaraq məhkəmə Ceyhun Baxşəliyevin  bir il müddətinə sürücülük vəsiqəsindən məhrum edilməsi və bir il ev dustaqlığında saxlanılması barədə qərar verib. 

Məsələ ilə bağlı Yevlax rayonu polis müstəntiqi Şahin Osmanovla əlaqə saxladıq. O, Ceyhun Baxşəliyevin şikayəti ilə bağlı zəng vurduğumuzu eşidən kimi  vaxtım yoxdur deyə bizi  Daxili işlər Nazirliyinin mətbuat xidmətinə yönləndirdi və telefonu söndürdü. 

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Anews.az-a bildirdi ki, 2020-ci il fevralın 7-də saat 17 radələrində Bərdə rayonu ərazisində velosipedçinin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib və hadisəni törədən sürücü hadisə yerindən yayınaraq gizlənib. Keçirilən tədbirlər nəticəsində 13 gün sonra hadisəni törədənin "VAZ-2107” markalı avtomobilin sürücüsü Ceyhun Baxışəliyev olduğu müəyyən olunub.  

Fakt üzrə Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlayıb və 2020-ci ilin iyunun 29-da cinayət işinin istintaqı tamamlanaraq Yevlax rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən sürücü təqsirli bilinərək 1 il müddətinə nəqliyyat vasitələrinin idarə etmə hüququndan məhrum edilməklə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

"Təqsirləndirilən şəxsdən istintaq orqanında pul tələb edilməsi ilə bağlı iddiaları isə təsdiqini tapmayıb, həqiqətəuyğun olmayan məzmunda şikayəti tam əsassızdır", - deyə Elşad Hacıyev vurğlayıb.
 
Sürücünün əlində olan polisin rüşvət istəməsi  barədə  səs yazısına gəlincə isə Hacıyev bildirdi ki, həmin səs yazısı polis əməkdaşına məxsus deyil və saxtadır. 

Gülnar Nazimqızı


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol