• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda karantin dövründə alınan icazələrin sayı AÇIQLANDI

Azərbaycanda karantin dövründə alınan icazələrin sayı AÇIQLANDI
11.02.2021 09:34
Əhalinin həyatının və sağlamlığının qorunması, dövlət strukturlarının və mühüm obyektlərin fasiləsiz işləməsi, habelə təsərrüfat subyektlərinin fəaliyyətinin tənzimlənməsi üçün "Elektron Hökumətin İnkişaf Mərkəzi” publik hüquqi şəxs Daxili İşlər Nazirliyi ilə birlikdə sistemin tətbiqinə başlayıb.

Bu, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ötən il üzrə hesabatında öz əksini tapıb.

Qeyd olunub ki, sistem sərt karantin rejiminin tətbiq edildiyi dövrlərdə fəaliyyət göstərib.

Belə ki, 2020-ci il 5 aprel-18 may tarixlərində sərt karantin rejiminin tətbiqi zamanı sistem üzərindən 72 000-dən çox qurum 924 000 əməkdaşı üçün icazə alıb, habelə 8103 nömrəsi vasitəsilə isə 29 000 000-dan çox icazə alınıb.

2020-ci il 21 iyun-5 avqust tarixlərində sərt karantin rejiminin tətbiqi zamanı sistem üzərindən 89 000-dən çox qurum 919 000-dən çox əməkdaşı üçün icazə alıb, habelə 8103 nömrəsi vasitəsilə isə 31 000 000-dan çox icazə alınıb.

2020-ci il 14 dekabr-2021-ci il 18 yanvar tarixlərində sərt karantin rejiminin tətbiqi zamanı sistem üzərindən dekabr ayı ərzində 104 000-dən çox qurum 948 000-dən çox əməkdaşı üçün icazə alın, habelə 8103 nömrəsi vasitəsilə isə 16 600 000-dən çox icazə alınıb.

Bununla yanaşı, şəxslərin sistemdən istifadə qaydaları və 8103 nömrəsinə qısa mesaj-SMS göndərilməsi ilə bağlı yaranan sualları ilə əlaqədar Dövlət Agentliyinin 9108 Çağrı Mərkəzinə müraciət etmək imkanı yaradılıb.

Sərt karantin rejiminin tətbiqi zamanı ölkə üzrə 950-dən çox əlilliyi olan şəxsin, o cümlədən dializ xəstələrinin olduqları ərazi üzrə tibb müəssisələrinə rahat müraciət etməsi üçün müvafiq icazələrin alınması 9108 Çağrı Mərkəzi vasitəsilə təmin edilmişdir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol