Bakıda kütləvi dava: İki nəfər bıçaqlandı

Bakının Xəzər rayonunda dava zamanı iki nəfər ağır xəsarət alıb.
Hadisə Binə qəsəbəsində baş verib.
1997-ci il təvəllüdlü Əhmədov Yusif Müşfiq oğlu dava zamanı qasıq nahiyəsindən bıçaqlanıb.
Daha sonra 1998-ci il təvəllüdlü Sahil adlı şəxs (soyadı dəqiqləşdirilir) qarnının ön divarından bıçaqlanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, onların vəziyyəti ağırdır.
Hazırda hər ikisi cərrahi əməliyyat olunur.
www.anews.az
























