• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda pensiyaçıların sayı azalacaq - SƏBƏB

Azərbaycanda pensiyaçıların sayı azalacaq - SƏBƏB
11.02.2021 14:52
Azərbaycanda üçüncü ildir ki, pensiyaçıların sayında azalma müşahidə edilir. İlkin məlumatlara əsasən 2020-ci ildə pensiyaçıların sayı 1,25 milyon nəfər olub ki, bu da 2019-cu illə müqayisədə 20 min nəfər azdır.

Pensiyaçıların sayı 2017-ci ilin sonunda 1,318 milyon nəfərə yüksəlib. 2018-ci ilin yekununda pensiyaçıların sayı 1,29 milyon nəfərə, 2019-cu ilin sonunda 1,27 milyona, 2020-ci ilin sonunda 1,25 milyon nəfərə qədər azalıb.

Azərbaycanda ən çox pensiyaçı 2005-ci ilin sonunda olub. Həmin tarixdə 1,399 milyon pensiyaçı var idi.

Bəs, pensiyaçıların sayının azalmasına səbəb nədir və bu dinamika hansı dövrə qədər davam edə bilər?

Sfera.az saytına açıqlama verən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, iqtisadçı-ekspert Rövşən Ağayev deyib ki, pensiyaçıların sayının azalması pensiyaçıxma yaşının artırılması ilə bağlıdır. Ekspert xatırlatdı ki, hər il pensiya yaşı 6 ay uzadılır. Belə ki, qanunvericiliyə əsasən 2021-ci ilin iyunun 30-na kimi kişilərdə, 2026-cı ilin ikinci yarısına kimi isə qadınlarda hər il pensiya yaşı 6 ay artırılır. R.Ağayevin fikrincə bu dəyişiklik pensiya çıxanların sayına təsir edir və gözləyə bilərik ki, 2027-ci ilə qədər pensiyaçıların sayı azalsın.

Amma pensiyaçıların sayına doğum və gözlənilən ömür uzunluğu göstəricilərinin də təsir etdiyini deyən R.Ağayev pensiya çıxanların sayındakı dəyişikliyi proqnozlaşdırmaq üçün bu amillərin nəzərə alınmasının vacib olduğunu vurğulayıb:


"Hazırda qadınlar 62 yaşında pensiyaya çıxır. Bu yaşda olanlar 1959-cu ildə anadan olan şəxslərdir. 2027-ci ildə 1962-ci ildə doğulan qadınlar pensiya çıxacaq. Ola bilər ki, 1959-cu ildə doğulanların sayı azdır, amma 1962-ci ildə doğulanların sayı çoxdur.


Doğulanların sayındakı artım hesabına pensiyaçıların sayında azalma olmaya bilər. Ona görə də 2027-ci ilə qədər pensiyaçıların sayının azalacağına tam əmin olmaq çətindir”.


Ekspert bildirib ki, Azərbaycanda pensiyaçıların ümumi əhaliyə nisbəti baxımından vəziyyət çox yaxşıdır:


"İnkişaf etmiş ölkələrdə pensiyaçıların sayının əhali sayına nisbəti 20-35 faiz intervalında dəyişir. Həmin ölkələrdə uzunömürlülüyün olması və doğumun aşağı olması pensiyaçıların sayını artırır. Azərbaycanda bu göstərici yaxşıdır. Ölkəmizdə əhalinin 12,5 faizi pensiyaçıdır”.


R.Ağayev hesab edir ki, Azərbaycanda pensiyaçıya düşən işləyənlərin sayı baxımından vəziyyət ağırdır:


"Bizdə rəsmi statistikaya əsasən 1,7 milyona yaxın muzdlu işçi var. Hər pensiyaçıya 1,36 işləyən düşür. Bu, çox pis göstəricidir. İnkişaf etmiş ölkələrdə hər pensiyaçıya 3-4 işləyən düşür. Çünki həmin ölkələrdə leqal məşğulluğun səviyyəsi çox yüksəkdir. Azərbaycanda leqal məşğulluqla bağlı vəziyyət kritikdir, hələ də gizli işləyənlərin sayı çoxdur”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol