“Peyvənd vurulmasa, qızılca, məxmərək alovlana bilər”

"Son vaxtlar insanlar poliklinikalara daha çox koronavirusla bağlı müraciət etdiklərinə görə, digər xəstəliklərlə bağlı müraciətlərin sayı azalıb. Uşaqlar üçün nəzərdə tutulan bir sıra planlı peyvəndlər gecikib. Lakin bu peyvəndləri mütləq etmək lazımdır”.
Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov "Məktəblərdə COVID-19” mövzusunda canlı yayımda çıxışı zamanı bildirib.
O bildirib ki, təcrübə göstərir ki, əks halda, qızılca, məxmərək və sair kimi digər xəstəliklər yenidən alovlana bilər.
www.anews.az
Son xəbərlər 
Daha çox 























