• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda vəzifəli şəxslər SAXLANILDI

Azərbaycanda vəzifəli şəxslər SAXLANILDI
12.02.2021 10:58
Xidməti vəzifələrinin icrası zəminində etdiyi qanunsuz hərəkətləri ilə vətəndaşların hüquqlarını pozan və bununla da təmsil etdiyi orqanın ümumi nüfuzuna xələl gətirən vəzifəli şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən Unikal.org-a verilən məlumatına görə, belə tədbirlərdən biri kimi, Naftalan şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olan material əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan Birliyin baş mühasibi vəzifəsində işləmiş Mamedov Zəfər Əli oğlunun həmin qurumun rəisi olmuş Həsənov Rüfət Səfail oğlu və digərləri ilə qabaqcadan əlbir olaraq 2016-2018-ci illər ərzində Birliyə işə qəbul edilmək üçün müraciət etmiş vətəndaşların şəxsiyyət vəsiqələrinin surətlərini əldə edib həmin şəxslərin guya uzun müddət ərzində müəssisədə işləmələri görüntüsünü yaratmaq məqsədilə saxta əmək müqavilələrini tərtib edərək müvafiq rəsmi sənədləri Naftalan şəhəri üzrə Maliyyə İdarəsinə göndərib ümumilikdə 87 şəxsin adına olan plastik kartlara köçürülmüş cəmi 121 min 520 manat məbləğdə pul vəsaitini müxtəlif bankomatlardan məxaric etməklə mənimsəmələrinə, eləcə də cinayətkar niyyəti həyata keçirmək üçün tərtib olunmuş rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığına yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında  Zəfər Mamedov və Rüfət Həsənova müvafiq olaraq Cinayət Məcəlləsinin 179.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və ya israf etmə), 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 179.3.2 (külli miqdarda mənimsəmə və ya  israf etmə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə vurulmuş 121 min 520 manat maddi ziyanın 31 min 500  manat hissəsinin ödənilməsi təmin edilmiş, xüsusi müsadirəni təmin etmək məqsədi ilə məhkəmənin qərarı əsasında Zəfər Mamedova məxsus 34 min manat dəyərində qiymətləndirilmiş mənzilin üzərinə həbs qoyulub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol