• $
  • €
  • ₽
  • ₺
  • £

Qaregin Nijdenin Xocavənddəki abidəsi söküləcək

Qaregin Nijdenin Xocavənddəki abidəsi söküləcək
12.02.2021 11:21
Erməni faşizminin banilərindən biri, hərbi cinayətkar Qaregin Nijdenin Xocavənddə separatçılar tərəfindən ucaldılmış abidəsi söküləcək.

"Qafqazinfo” "Vestnikkavkaza.ru”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Arman Babacanyan açıqlama verib.

Onun sözlərinə görə, Azərbaycan hazırda Rusiya ilə Nijdenin abidəsinin Xocavənd ərazisindən çıxarılması üçün danışıqlar aparır. O qeyd edib ki, bu məsələ Ermənistan Xarici İşlər Nazirliyinin bu gün öz xalqının mənafeyi naminə müstəqil xarici siyasət apara bilmədiyini göstərir, buna görə də bu məsələ parlamentdə müzakirə olunacaq.

Xatırladaq ki, hazırda abidənin yerləşdiyi Xocavənd qanuni olaraq dünya birliyi tərəfindən tanınan Azərbaycan ərazisidir. Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin 2020-ci il 9 noyabr tarixində imzaladıqları müqaviləyə əsasən, hazırda ərazidə etnik qarşıdurmaya səbəb ola biləcək hər hansı bir təxribatın qarşısını almaq üçün Rusiya sülhməramlıları yerləşdirilib.

Bundan əlavə, Ermənistan parlamentinin başqa bir suveren dövlətin ərazisində abidə qoyulması barədə müzakirə aparmaq və qərar qəbul etmək hüququ yoxdur. Beləliklə, Ermənistan parlamentində Azərbaycan ərazisində yerləşən abidənin sökülməsinin mümkün müzakirəsi əslində bölgədəki gərginliyi artırmaq cəhdidir və 9 noyabrda imzalanan razılaşmaya əsasən sülhü təmin etmək üçün bölgəyə yerləşdirilən Rusiya sülhməramlılarının da işinə maneələr yaradır.

Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov "Vestnik Kavkaz”ın müxbirinə verdiyi müsahibəsində bildirib ki, erməni millətçilərinin nasist kollaborasionisti Nijdeni qəhraman donuna bürüməsi Rusiya tərəfdən olduqca sərt mövqe ilə qarşılanıb.

"İndi görürük ki, Rusiya faşist cinayətkarlarının təriflənməsinin qəbuledilməzliyi barədə açıq, birmənalı mövqe tutub. Rusiya Müdafiə Nazirliyi dəfələrlə Nijdenin nasistlərlə fəal əməkdaşlıq etdiyi və Qırmızı Ordunun arxa cəbhəsinə göndərilmək üçün diversantlar yetişdirdiyini bildirib. Rusiya XİN isə dəfələrlə Nijde kimi nasist cinayətkarların tərif edilməsinin yolverilməz olduğu barədə xəbərdarlıq etmişdi”,- deyə Markov qeyd edib.

Rusiyalı hərbi ekspert,  "Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib ki, Rusiya sülhməramlılarının Qarabağdakı məsuliyyət zonasında nasist əlaltısı Qaregin Nijdeyə abidə qoyulması Rusiya və anti-Hitler koalisiyasının bütün ölkələrinin üzünə tüpürməkdir. 

"Qaregin Nijde - nasist əlaltısı, almanların Sovet İttifaqı ərazisində, o cümlədən Qırmızı Ordunun arxa cəbhəsinə dinc sovet insanlarına qarşı terror və təxribat törətmək üçün terrorçu qrupların hazırlanmasına və göndərilməsinə kömək etmiş və Sovet hərbi tribunalı tərəfindən mühakimə olunmuş bir hərbi cinayətkardır. Bu abidə dərhal postamentlə birlikdə buldozerlə sökülməlidir. Bu hadisə Ermənistanın nüfuzuna və imicinə biabırçı ləkədir”,- deyə Korotçenko qeyd edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol