“Azərişıq” əlavə ödənişlərə aydınlıq gətirdi

Azərbaycanda istifadə edilən elektrik enerjisinin dəyəri Tarif (Qiymət) Şurasının müəyyən etdiyi qiymətlərlə tənzimlənir, təqdim olunan bildiriş və hesab fakturalarda açıq-aydın göstərilməkdədir.
Bu barədə "Azərişıq” ASC-nin istehlakçılara müraciətində bildirilir.
"Təəssüf ki, bəzi media orqanları ödəmə terminalının nümayəndəsinin sözlərini "Azərişıq” adından təqdim etməklə abunəçilər arasında çaşqınlıq yaradıb. İstehlakçılara təqdim edilmiş bildiriş və hesab fakturadakı məbləğlərdən əlavə hər hansı məbləğ tələb olunmur. Əhali istehlakçıları tərəfindən nəğd ödəmələrə görə aparılan əməliyyatların xərci isə "Azərişıq” ödəylir. Yəni əhali abunəçilərimizdən ödəmə terminalı ümumiyyətlə hər hansı bir əlavə xidmət haqqı ala bilməz.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























