“Instagram” təhqirə yol verənlərin hesabları siləcək

"Instagram” sosial şəbəkəsinin rəhbərliyi şəxsi danışıqlarda nifrət zəminində mesajlar göndərən istifadəçilərin hesablarını bloklayacağını açıqlayıb.
"Meduza” xəbər verir ki, əvvəllər "Instagram” qaydalarına zidd mesajlar göndərilən zaman yalnız müvəqqəti olaraq şəxsi yazışmalar aparmaq qadağan olunurdu.
Sosial şəbəkə rəhbərliyi artıq mesaj göndərmə məhdudiyyətlərini keçən və yalnız təhqir göndərmək üçün yaradılan hesabları deaktiv edəcəyini bildirib.
www.anews.az
























