• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir rəisi 10 minlik yeyintiyə görə işdən çıxarıb

Nazir rəisi 10 minlik yeyintiyə görə işdən çıxarıb
12.02.2021 14:46
Bu gün mədəniyyət naziri Anar Kərimovun Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayevi vəzifəsindən azad etməsinin səbəbi məlum olub.

İdarə rəisi keçirdiyi şübhəli tenderlə bağlı işdən çıxarılıb. Belə ki, bir gün əvvəl sosial şəbəkələrdə Xaçmaz  Regional Mədəniyyət İdarəsinin kompüter proqramları və antivirus proqramlarının alınmasına dair elan etdiyi şübhəli tenderin nəticələri müzakirələrə səbəb olub. "Dövlət satınalmalarının vahid elektron portalı”ına daxil edilmiş məlumata əsasən, Məmmədli Malik Mikayıl oğlu adlı şəxs bu tenderin qalibi elan edilib. O, yerli mədəniyyət idarəsinə 10 min 426 manat məbləğində kompüter proqramı satıb.

Bu məbləğin yüksək olması birmənalı qarşılanmayıb. Buna səbəb isə tələb olunan antivirus proqramının illik ödənişinin qat-qat ucuz olmasıdır. Bundan əlavə, məlumdur ki, bu cür müəssisələrdə adətən ofis proqramları lazım olur.

Sözügedən tenderin nəticəsi açıqlandıqdan sonra sosial şəbəkələrdə nazirin idarə rəhbəri barədə müvafiq qərar verəcəyi barədə müzakirələr gedirdi. 

Həmçinin ehtimal olunur ki, tender Anar Kərimovun bir müddət öncə baş tutan təyinatından əvvəl elan olunub və qalib seçilib. (qafqazinfo)


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol