• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir rəisi 10 minlik tenderə görə işdən çıxarıb? - AÇIQLAMA

Nazir rəisi 10 minlik tenderə görə işdən çıxarıb? - AÇIQLAMA
12.02.2021 15:57
Bu gün Mədəniyyət naziri Anar Kərimovun Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayevi vəzifəsindən azad edib.

Anews.az xəbər verir ki, mətbuatda idarə rəisi keçirdiyi şübhəli tenderlə bağlı işdən çıxarılması ilə bağlı xəbər yayılıb.

Belə ki, bir gün əvvəl sosial şəbəkələrdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin kompüter proqramları və antivirus proqramlarının alınmasına dair elan etdiyi şübhəli tenderin nəticələri müzakirələrə səbəb olub. "Dövlət satınalmalarının vahid elektron portalı”ına daxil edilmiş məlumata əsasən, Məmmədli Malik Mikayıl oğlu adlı şəxs bu tenderin qalibi elan edilib. O, yerli mədəniyyət idarəsinə 10 min 426 manat məbləğində kompüter proqramı satıb.

Bu məbləğin yüksək olması birmənalı qarşılanmayıb. 

Nazim Ağayev "Qafqazinfo” ilə əlaqə saxlayaraq 10 min manatlıq tender işinə görə işdən çıxarılması ilə bağlı yayılan məlumatları təkzib edib. O, təqaüdə çıxması ilə bağlı vəzifədən getdiyini açıqlayıb: 

"Mən təqaüdə çıxmağımla əlaqədar cənab nazirə ərizə yazıb müraciət etmişəm və o da məni tutduğum vəzifədən azad edib. Burada heç bir yeyintidən söhbət gedə bilməz”.

N. Ağayev həmçinin sosial şəbəkədə rəhbərlik etdiyi Regional İdarəyə 10 min 426 manat məbləğində kompüter proqramı alınması ilə bağlı məsələyə də aydınlıq gətirib:

"Bir ildir pandemiyadır, bizim fəaliyyətimiz ancaq elektron qaydada həyata keçirilir. Elə bilirlər ki, Xaçmaz Regional Mədəniyyət İdarəsinin 5-10 kompüter var, onlara antivirus proqramı yüklənib. Əslində isə bizim regional idarəyə 5 rayon baxır. Bu rayonlarda 500 kompüter var. Sosial şəbəkələrdə bu barədə yayılan məlumatlar yanlışdır və qərəzlidir”.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol