İqtisadi Şura haqqında əsasnamə təsdiqləndi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İqtisadi Şurası haqqında Əsasnamə”nin təsdiqi və "Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli 1565 nömrəli fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.
Fərmanla "Azərbaycan Respublikasının İqtisadi Şurası haqqında Əsasnamə” təsdiq edilib.
Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.
www.anews.az
























