• $
  • €
  • ₽
  • ₺
  • £

BMT STM-lə birgə layihə icra etdi

BMT STM-lə birgə layihə icra etdi
18.02.2021 09:46
BMT-nin Əhali Fondunun həyata keçirdiyi "COVID-19 pandemiyasının Azərbaycanda qadın və kişilərin həyatına təsiri” mövzusunda Sürətli Gender Qiymətləndirməsinin nəticələrinin təqdimatına dair virtual konfransın növbəti görüşü keçirilib. 

Anews.az xəbər verir ki, dekabrın 8-də baş tutan ilk görüşdə BMT-nin Əhali Fondunun ölkə nümayəndəliyinin rəhbəri Fərid Babayev, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin ofisinin rəhbəri Tarek Çeniti, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, BMT-nin Qadınlar üzrə Agentliyinin Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin rəhbəri Blerta Cela, Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri Zahid Oruc, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər. 

Tədbirdə pandemiyanın fəsadlarının gender prizmasından dəyərləndirilməsinin əhəmiyyəti vurğulanıb, bu fəsadların aradan qaldırılması istiqamətində müvafiq cavab və bərpa tədbirlərinin gender cəhətdən həssaslığına xüsusi diqqət yetirilməsinin vacibliyi qeyd olunub. 

Qeyd edək ki, "COVID-19 pandemiyasının Azərbaycanda qadın və kişilərin həyatına təsiri” mövzusunda Sürətli Gender Qiymətləndirməsi Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar üzrə Agentliyinin birgə həyata keçirdiyi "Avropa İttifaqı gender bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı" proqramı çərçivəsində Sosial Tədqiqatlar Mərkəzinin dəstəyi ilə həyata keçirilib.


Növbəti dəfə, BMT- nin İnsan Hüquqları üzrə Ali Komissarlığı BMT-nin Əhali Fondu ilə birgə COVID-19 kontekstində qadın hüquqları və Azərbaycanda pandemiyanın qadın və kişilərin həyatına təsirinə dair onlayn seminar keçirib.

Azərbaycanda Sürətli Gender Qiymətləndirməsinin nəticələrinə həsr olunan seminarda qadın hüquqları sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və hüquqşünaslar iştirak ediblər. 

Tədbir iştirakçıları BMT-nin insan hüquqları mexanizmlərinin, xüsusilə dünyada gender-əsaslı zorakılıq hallarının artması da daxil olmaqla, COVID-19-un qadın hüquqlarına mənfi təsiri və bu təsirin aradan qaldırılması ilə bağlı verdikləri tövsiyələrlə tanış olublar.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol