• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qızqaçırma halları azalıb - RƏSMİ

Azərbaycanda qızqaçırma halları azalıb - RƏSMİ
18.02.2021 12:15
Azərbaycanda qızqaçırma halları azalıb.
 
Anews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi məlumatında bildirilib.

Belə ki, 2020-ci ildə əvvəlki illə müqayisədə qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə 9,5 dəfə, əmək mühafizəsi qaydalarını pozma 2,5 dəfə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma 2,4 dəfə, qaçaqmalçılıq 1,9 dəfə, adam oğurluğu 1,8 dəfə, onlardan evlənmək məqsədilə 1,6 dəfə azalıb.

Rəsmi məlumata görə, qanunsuz sahibkarlıq 1,7 dəfə, mənzil toxunulmazlığını pozma 1,6 dəfə, xuliqanlıq 1,6 dəfə, yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə 28,6 faiz, əmlakı qəsdən məhv etmə və ya zədələmə 20,4 faiz, quldurluq 16,9 faiz, mənimsəmə və ya israf etmə 15,6 faiz, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər 14,1 faiz, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə 13,6 faiz, oğurluq 11,8 faiz, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə 10,1 faiz, soyğunçuluq 7,8 faiz, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər 6,5 faiz, dələduzluq 1,4 faiz azal olub.

Bununla yanaşı, eyni dövrlə müqayisədə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərin ümumi sayı 14,1 faiz azalsa da, onlardan rüşvət alma və rüşvət vermə cinayətləri 1,6 dəfə artıb.

Artım tendensiyası terror xarakterli cinayətlərdə 1,6 dəfə, saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmada 44,4 faizlə, ictimai mənəviyyat əleyhinə cinayətlərdə 35,8 faizlə, kibercinayətlərdə 33,3 faizlə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermədə 32,3 faizlə, torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmada 24,4 faizlə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərdə 19,8 faizlə, hədə-qorxu ilə tələb etmədə 18,8 faizlə, insan alverində 6,2 faizlə, ekoloji cinayətlərdə isə 2,8 faizlə müşahidə olunub. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol