Bu günədək 880 mina zərərsizləşdirilib - FHN

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir.
FHN-in Mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, birgə fəaliyyət nəticəsində bu günədək, ümumilikdə, 880 ədəd mina və 27 ədəd partlamamış sursat aşkar olunaraq müvafiq qaydada zərərsizləşdirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























