Rusiyada üçüncü koronavirus vaksini qeydiyyata alınıb

Rusiya Səhiyyə Nazirliyi Rusiya Elmlər Akademiyası M.Çumakov adına Federal Elmi Mərkəzində koronavirusa qarşı yaradılmış "KoviVak” peyvəndini qeydiyyata alıb.
"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, hökumət sədri Mixail Mişustin yeni dərmanın gələn ay 120 min dozasının əhaliyə təqdim ediləcəyini açıqlayıb.
Qeyd edək ki, Rusiyada qeydiyyatdan keçirilən sayca üçüncü koronavirus peyvəndi olan "KoviVak” bütöv zərərsizləşdirilmiş koronavirus əsasında yaradıldığı üçün orqanizmin virusu ayırd edərək yadda saxlamasını təmin edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























