• $
  • €
  • ₽
  • ₺
  • £

Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
22.02.2021 12:47
Milli Hidrometeorologiya Xidməti havanın kəskin dəyişəcəyi barədə xəbərdarlıq yayıb.

Xidmətdən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, 23-dən 24-nə keçən gecə qara keçəcəyi gözlənilir, 24-də bəzi yerlərdə intensiv olacağı ehtimal edilir.

Şimal-qərb küləyi əsəcək, 18-23, arabir 25-30, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənək. Çovğun olacağı ehtimalı var.

Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi, 0-5 dərəcə şaxta olacağı gözlənilir. Fevralın 24-25-də gecə və səhər yolların buz bağlayacağı ehtimal olunur.

Fevralın 23-ü axşam Azərbaycanın şimal və şərq rayonlarından başlayaraq 25-i səhərədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı gözlənilir. Qərb küləyi əsəcək, 18-23, ayrı-ayrı yerlərdə 28-33 m/s-dək güclənəcək.

Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi, aran rayonlarında 3-8, dağlıq rayonlarda 15-20 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol