• $
  • €
  • ₽
  • ₺
  • £

“Bayraktar” Ermənistanın HHM və radar sistemlərini məhv edib

“Bayraktar” Ermənistanın HHM və radar sistemlərini məhv edib
22.02.2021 14:03
Türkiyənin ilk yerli və milli döyüş PUA-sı "TB2 Bayraktar” 300 min uçuş saatını müvəffəqiyyətlə tamamlayaraq Türkiyənin aviasiya tarixində yeni bir rekorda imza atıb.

Bu barədə döyüş PUA-larının istehsalçısı "Baykar” şirkəti məlumat yayıb.

Bildirilib ki, 2000-ci illərin əvvəllərindən bəri pilotsuz uçuş aparatları sahəsində ən böyük əlavə dəyər hesab olunan proqram və təchizat sistemlərini  türk mühəndislərindən ibarət heyətlə inkişaf etdirən "Baykar” 13 fərqli sahə üzrə mühəndislik gücü ilə dünyanın qabaqcıl texnoloji şirkətlərindən biri hesab olunur.

Bütün kritik komponentləri, dizaynları və proqramları "Baykar” tərəfindən müstəqil şəkildə inkişaf etdirilən "Bayraktar” dünyada rekord sayılacaq səviyyədə - 93%-lik yerli sənaye iştirakı ilə istehsal edilir.

Qarabağın azad edilməsində mühüm rol oynayıb.

Açıqlamada qeyd olunub ki, "Bayraktar TB2” PUA-ları 30 ilə yaxındır davam edən Qarabağın işğalına son qoyulmasında mühüm rol oynayıb.
Vətən müharibəsi zamanı "Baykar” tərəfindən istehsal edilən "Bayraktar TB2” PUA-ları Azərbaycan Ordusu tərəfindən bütün cəbhə boyu istifadə edilib. Müdafiə analitiklərinin təsdiqlədiyi araşdırmalara görə, "Bayraktar TB2” PUA-ları Ermənistana məxsus HHM və radar sistemləri, tanklar, zirehli texnika, yük maşınları, artilleriya və istehkam qurğularını məhv edib. Dünyanı təəccübləndirən Azərbaycan Ordusunun bu müvəffəqiyyəti ilə dünya mediası və müdafiə mütəxəssisləri Türk PUA-larının müharibə tarixini dəyişdirərək oyun qurucu bir gücə  nail olduğunu təsdiqləyib.

Şirkət rəsmilərinin məlumatına görə, "Baykar” şirkəti gəlirlərinin çox hissəsini xarici ölkələrə ixracatdan qazanıb. 2012-ci ildən etibarən PUA ixracatını həyata keçirən "Baykar” 2020-ci ildə 360 milyon dollarlıq PUA ixracatı ilə müdafiə sənayesi kimi strateji bir sahədə böyük müvəffəqiyyət əldə edib. Hazırda Türkiyə PUA-ları ilə maraqlanan bir çox ölkə ilə danışıqların davam etdiyi qeyd olunub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol