Azərbaycanda bu ilin yanvar ayında doğulan uşaqlara ən çox hansı adların verildiyi məlum olub.
Ədliyyə Nazirliyindən verilən xəbərə görə , 2021-ci ilin yanvar ayı ərzində doğumu qeydə alınmış kişi cinsindən olan körpələrə Əli, Yusif, Uğur, Hüseyn və Məhəmməd, qadın cinsindən olanlara isə Zəhra, Zeynəb, Fatimə, Aylin və Məryəm kimi adların verilməsi üstünlük təşkil edib.
www.anews.az