• $
  • €
  • ₽
  • ₺
  • £

“Maaş vermədən işdən çıxarırlar”

“Maaş vermədən işdən çıxarırlar”
23.02.2021 18:16
"FHN-nin Modul Tipli Xəstəxanası açılandan müqavilə ilə burada çalışırıq. Dekabr ayından bəri maaş ala bilmirik. Bizi işə götürəndə bağlanan müqavilənin şərtlərinə indiyə kimi əməl olunmayıb, maaşlarımızdan hər ay qeyri-rəsmi olaraq 60 manat tutulub”.

"Qafqazinfo” xəbər verir ki, bu iddia ilə Meydan TV-yə FHN-nin Modul Tipli Xəstəxanasına koronavirusla əlaqədar xidməti müqavilə ilə işə cəlb olunan bir qrup əməkdaşı müraciət edib.

Onlar iddia edirlər ki, həftədə 40 saat işləməli olduqları halda, dörd aydır istirahətsiz çalışıblar.


Xəstəxanada porter vəzifəsində çalışan Orxan Bağırovun sözlərinə görə, indiyə qədər heç bir əlavə ödəniş almayıb:

"İyulun 10-dan burada çalışıram, 22-də müqavilə bağlanılıb. Müqavilədə iş saatları xüsusi ağır olduğuna görə dörd saat müəyyənləşdirilib. Lakin biz göstəriləndən artıq – səkkiz saat, istirahət saatında da işləmişik. Amma heç bir ödəniş olunmayıb.
İstirahət günləri müqavilədə öz əksini tapsa da, heç birinə əməl olunmur. Biz burada canımızı qoymuşuq. Rəhbərlik bizə heç bir məlumat vermir. Xüsusi riskli işdə işləsək də, tibbi sığortamız olmayıb.

İşçiləri əsassız şəkildə, maaş vermədən işdən çıxarırlar. Heç bir əsas gətirilmir. Bizi dinləyən yoxdur. Aylıq 1102 manat almalı idik, lakin 1000 manat alırdıq. 102 manat – 60 manat DSMF-yə və 60 manat qeyri-rəsmi olaraq əməkhaqqımızdan çıxılırdı”.

Digər bir şikayətçi Firuz Əlixanov da müqavilədəki şərtlərdən fərqli olaraq, onlara istirahət günü verilmədiyini deyir:
"Ayda bir dəfə öz hesabıma icazə almışam, istirahətsiz işləmişəm. Müqavilədə göstəriləndən artıq çalışmışam. Yanvarın 6-dan etibarən pandemiya zəiflədiyinə görə bizi öz hesabımıza bir aylıq məzuniyyətə göndəriblər. Deyiblər ki, şikayət etsəniz, geri çağırılmayacaqsınız. Şikayət etdiyimə görə mənə xəbər göndəriblər ki, əşyaları təhvil verim”.

İşçilər qeyd ediblər ki, Xidmət dəstəyi qrupunun rəhbəri Rüfət Vəliyev işçilərə bildirib ki, müqaviləni bir halda saxlamaq olar ki, maaşların 50 faizi ona verilsin.

FHN-nin mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva isə iddialara cavab olaraq vurğulayıb ki, büdcə məsələləri ilə bağlı toplantı keçirilib, büdcə açılacaq və problem tezliklə öz həllini tapacaq:
"Büdcə məsələləri müzakirə olunub. Yaxın zamanda büdcə açılacaq və müqavilə imzalamış bütün əməkdaşların əməkhaqları ödənəcək. Büdcənin açılması qısa zamanda öz həllini tapacaq”.

G.Mehdiyevanın sözlərinə görə, xəstəxanada müqavilədən kənar fəaliyyət göstərilməyib:

"Bu, heç fiziki olaraq da mümkün deyil, çünki xəstəxanada növbəli iş sistemidir. İşdən xəbərdarlıqsız çıxarılma mümkün deyil. Hər şey qanuna uyğun aparılıb. Onlar müqavilə əsasında fəaliyyət göstəriblər. Müqavilə yenilənə və yenilənməyə bilər”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol