• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyanı ələ salan erməni general vəzifəsindən qovulub

Paşinyanı ələ salan erməni general vəzifəsindən qovulub
25.02.2021 10:33
Ermənistan Prezidenti Armen Sarkisyan ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini Titran Xaçatryanı vəzifəsindən azad edib. 

Yerli mətbuatdın verdiyi xəbərə görə, buna səbəb, generalın "İskəndər” taktiki raket kompleksləri ilə bağlı hökumət başçısının şərhini ələ salması göstərilir. 

Belə ki, bundan əvvəl Nikol yerli mediayaya Dağlıq Qarabağda gedən müharibə zamanı Azərbaycana qarşı "İskəndər” taktiki raket komplekslərindən istifadə edilməsi və onun "partlamaması” və ya "10 faiz partlaması” barədə açıqlama vermişdi. Paşinyan bununla keçmiş Prezident Serj Sarqsyanın "hələ döyüş əməliyyatlarının başlanğıcında erməni hərbçilərinin "İskəndər”dən istifadə etməli olduğuna” dair ittihamına cavab vermişdi. 

General-leytenant Xaçatryan isə öz növbəsində, jurnalistin "İskəndər” raketinin doğrudanmı 10 faiz partlaması ilə bağlı sualına istehza ilə cavab verib. "Əlbəttə mümkün deyil... Necə?... "İskəndər”?... Bir atəş?... 10 faiz?... Bağışlayın, amma bu qeyri-ciddidir”. 

Buna münasibətində Ermənistanın Müdafiə Nazirliyi öz açıqlamasında Baş Qərargah rəisinin birinci müavininin sözlərinin jurnalist tərəfindən təhrif olunduğunu və mətnin oxucuya tam təqdim edilmədiyini, bilərəkdən yanlış təəssürat yaratmaq məqsədi daşıdığını qeyd edib. Nazirliyin sözlərinə görə, bunu informasiya təxribatı kimi qiymətləndirmək olar. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol