• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: “Eyni sözləri min dəfə deyirdim ki, adamların beyninə girsin”

İlham Əliyev: “Eyni sözləri min dəfə deyirdim ki, adamların beyninə girsin”
26.02.2021 22:30
"Hesab edirəm ki, biz yeni reallıq yaratmışıq. Çünki dondurulmuş münaqişələr dünyanın bir çox yerlərində var. Təkcə postsovet məkanında yox. Bu münaqişələrə nəzər salsaq, onların mənşəyini və indiki vəziyyəti təhlil etsək, görərik ki, artıq o ölkələrin vətəndaşları da, müəyyən dərəcədə beynəlxalq ictimaiyyət bu vəziyyətlə barışıb, razılaşıb, yaxud da ki, bunu alternativsiz bir variant kimi qəbul edib. Müəyyən dərəcədə burada məntiq var. Çünki uzun illər davam edən nə hərb, nə sülh vəziyyəti, dondurulmuş münaqişələr istər-istəməz belə fikirlərin yaranmasına gətirib çıxarır”. 


Bu sözləri Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib: 


"Burada bu streotiplərin qırılması üçün bir neçə amil lazımdır. Əgər bu amillərin vəhdəti varsa, deməli bu streotiplər qırılacaq. 


Birincisi, güclü siyasi iradə olmalıdır. Liderlərin güclü siyasi iradəsi və istənilən təzyiqə davam gətirmə qabiliyyəti. Bu, hesab edirəm ki, birinci dərəcəli məsələdir. Çünki öz təcrübəmə istinad etsəm, deyərəm ki, bu 17 il ərzində müxtəlif dövrlərdə mənə təzyiq cəhdləri gah artırdı, gah səngiyirdi, amma hər zaman var idi. 


Bu münaqişənin vasitəçiləri dünyanın aparıcı ölkələri id. Kim necə istəyir, elə də qəbul etsin. BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələrə "yox” demək, onların idarəsindən kənarda addımlar atmaq əlbəttə ki, o qədər də asan məsələ deyil. 


İkincisi, xalqın mövqeyindən çox şey asılıdır. Əgər xalq bu vəziyyətlə razılaşıbsa, barışıbsa, onda bu münaqişə dondurulmuş qalacaq. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayıb.


Mən hər zaman Azərbaycan xalqına müraciət edərək deyirdim ki, biz heç vaxt bununla barışmayacağıq. Bəziləri fikirləşirdi ki, nə üçün İlham Əliyev hər yerdə Qarabağ məsələsini qaldırır? Bu mövzuya aidiyyəti olmayan beynəlxalq tədbirlərdə də bu məsələni qaldırırdım. Bəlkə eyni sözləri min dəfə deyirdim ki, o adamların beyninə girsin. İkincisi, bu, heç vaxt daxildə unudulmasın. Heç vaxt məcburi köçkünlərdə ümidsizlik yaranmasın. Eyni zamanda cəmiyyətdə bu məsələ unudulmasın. 


Real vəziyyət onu göstərirdi ki, bu məsələnin hərbi yolla həlli bizə baha başa gələ bilər. Hətta bütün imkanlarımız olsa belə, bunun hesabı ağır ola bilərdi. 


Üçüncüsü, əlbəttə ki, güclü ordu olmalıdır. Bu olmasa, heç bir münaqişə həll oluna bilməz. Və sən haqlı olmalısan. Bizdə bütün ilkin amillər var idi. Bütün bu məsələlər bizim mövqeyimizi gücləndirirdi. 


Bir də ki, nəsil yetişməlidir. Qarabağı azad edənlərin arasında ən böyük rol oynayan son 17 ildə yetişən insanlarımızdır. Yaşlı nəslin əlbəttə ki, böyük əməyi, təcrübəsi var. Amma döyüşə gedən, sinəsini atəş altına qoyan 17 il ərzində vətənpərvərlik ruhunda tərbiyə almış bizim övladlarımızdır”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol