• $
  • €
  • ₽
  • ₺
  • £

2000-dən çox məhkum cəzadan tamamilə azad edilib - RƏSMİ

2000-dən çox məhkum cəzadan tamamilə azad edilib - RƏSMİ
01.03.2021 17:17
"Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə Prezidentinin Fərmanı əsasında cinayət qanunvericiliyinə edilən mühüm dəyişiklər nəticəsində 2000-dən çox məhkum cəzadan tamamilə azad edilib.

Bu barədə Məhkəmə-Hüquq Şurasının növbəti iclasında çıxış edən Ədliyyə naziri Fikrət Məmmədov məlumat verib.

Onun sözlərinə görə, yeni qanunların tətbiqi ilə 3300-dən artıq məhkumun isə cəza müddəti azaldılıb.

Eyni zamanda iclasda COVID-19 infeksiyasının qarşısının alınması ilə bağlı ötən il həyata keçirilən tədbirlər, o cümlədən beynəlxalq tövsiyələr də nəzərə alınmaqla məhkəmələrdə işlərə baxılmasının məhdudlaşdırıldığı, zəruri profilaktik və preventiv işlərin görüldüyü bildirilib.

"Məhkəmə proseslərinin «Elektron məhkəmə» informasiya sistemi vasitəsilə distant aparılması üçün xüsusi proqram modulu hazırlanıb, bir çox işlərə video bağlantı ilə baxılıb. Operativ olaraq qanunvericiliyə dəyişikliklərin edilməsi cinayət işlərinə də bu formatda baxılmasına imkan verib”, - deyə məlumatda qeyd olunub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol