• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan prezidenti müxalifət lideri ilə görüşdü

Ermənistan prezidenti müxalifət lideri ilə görüşdü
02.03.2021 17:12
Ermənistan prezidenti Armen Sarkisyanla müxalif İşıqlı Ermənistan Partiyasının sədri, deputat Edmon Marukyan arasında görüş olub.

Bunu E.Marukyan feysbuk səhifəsində yazıb. Görüşdə növbədənkənar parlament seçkilərinin keçirilməsi müzakirə edilib. Müaxlifət partiyasının lideri parlamentin binasında jurnalistlərə bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan ona zəng edib: "Baş nazir görüşüb, növbədənkənar parlament seçkilərini və ölkədəki vəziyyəti müzakirə etməyi təklif etdi. Ola bilsin, biz sabah (martın 3-də - red.) görüşəcəyik. Onda biz təklifləri müzakirə edərik. Nəticəni biləcəksiniz”.

Onun sözlərinə görə, müzakirə zamanı növbədənkənar seçkilərin keçirilməsi haqqında razılıq əldə etsələr, onda seçki təxirə salmadan keçirilməlidir. O, N.Paşinyandan martın 1-də mitinqdə bəyan etdiklərinin təsdiqini tələb edəcəyini söyləyib.

Qeyd edək ki, N.Paşinyan martın 1-də tərəfdarları ilə birlikdə keçirdiyi mitinqdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyanın keçmiş prezident Serj Sarqsyanın tapşırıqlarını yerinə yetirdiyini bildirmişdi.

Xatırladaq ki, Ermənistan parlamenti 132 deputatdan ibarətdir. Onların 83-ü hökumətyönümlüdür. 24-ü "Çiçəklənən Ermənistan", 17-si isə "İşıqlı Ermənistan" fraksiyasının üzvləridir. 8 deputat isə bitərəfdir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol