Bəzi marşrut xətlərinin hərəkət sxemi dəyişdirildi

İbrahimpaşa Dadaşov küçəsinin Süleyman Sani Axundov kəsişməsindən Cəfər Xandan küçəsinin kəsişməsinə qədər olan hissəsində (Tenis Akademiyasının qarşısı) aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq ərazidə texnikaların olması avtobusların hərəkətində müəyyən çətinlik yaradıb.
Bakı Nəqliyyat Agentliyindən Anews.az-a bildirilib ki, bu səbəbdən 6, 88, 88A və 202 nömrəli müntəzəm marşrutların hərəkət istiqamətləri müvəqqəti olaraq aşağıda qeyd olunan qaydada təşkil edilib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























