• $
  • €
  • ₽
  • ₺
  • £

Rüsumdan azad olunan malların həcmi açıqlandı

Rüsumdan azad olunan malların həcmi açıqlandı
04.03.2021 15:45
"2020-ci ildə 10 milyard 730 milyon dollarlıq idxal əməliyyatlarının 59 faizi gömrük rüsumlarından azad olunub”.

Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikası ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, ötən ildə 800 milyon dollara yaxın mal neft sazişləri xətti ilə gətirilən idxal əməliyyatları, investisiyanın təşviqi və sənaye texnologiyaları parkına gətirilən avadanlıqlar üçün 200 milyon dollar, azad ticarət ölkələrindən sazişlərlə bağlı gətirilən mallar 2 milyard 318 milyon dollar, Nazirlər Kabinetinin xüsusi təyinatlı qərarları 73 milyon dollar və "0” dərəcə ilə idxal rüsumlarına cəlb olunan idxalın həcmi 2 milyard 383 milyon dollar, digərlər kateqoriyalar üzrə isə 556 milyon dollar həcmində malın idxalı təşkil edir.

"Cəmi 15 faiz rüsuma cəlb olunan məhsulun həcmi 2 milyard 848 milyon dollar təşkil edib və onun ümumi idxalda çəkisi 26,5 faizdir. Yəni, ölkəyə idxal olunan malların 26,5 faizi 15 faiz rüsuma cəlb olunmuş məhsullar, digərləri ya tamamilə azaddır, ya "0” faizlə tətbiq olunur, ya da 5 faizlə tətbiq olunur. 5 faizlə tətbiq olunan idxalın həcmi 882 milyon dollar təşkil edib. Bu rəqəm isə ümumi idxalda 8,2 faiz təşkil edir.

Həmçinin tarif məcmuəsində spesifik rüsumlar tətbiq edilir ki, bu da 5,6 faiz, və ya 599 milyon dollar təşkil edir. Digər kommunə edilmiş idxal əməliyyatlarının həcmi 68 milyon dollardır” - deyə, qurumun sədri əlavə edib.

O qeyd edib ki, əlavə dəyər vergisi üzrə azadolmaya cəlb olunan idxalın çəkisi 25,5 faiz, yəni, 2 milyard 737 milyon dollar həcmindədir. (oxu.az)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol