• $
  • €
  • ₽
  • ₺
  • £

Xankəndidə nə baş verir? - Etiraz aksiyası, çörək qıtlığı...

Xankəndidə nə baş verir? - Etiraz aksiyası, çörək qıtlığı...
05.03.2021 21:23
Qarabağın rusiyalı sülhməramlıların nəzarətində olan hissəsində, xüsusilə də Xankəndidə ərzaq məhsulları və ələlxüsus da çörək qıtlığı hiss olunur.

Xankəndidəki "Dirçəliş” Meydanında yerli ermənilər etiraz aksiyası keçiriblər. Onların əksəriyyəti Ağoğlan (Hadrut) rayonundan olan şəxslər idi.

Ermənilər yaşamaq üçün normal sosial şəraitin yaradılmasını tələb ediblər.

Onlar deyirlər ki, ya normal yaşamaq üçün şərait yaradılsın, ya da geriyə, indi Azərbaycannın nəzarətindəki ərazilərə qayıdış üçün imkan verilsin.

Xankəndidəki "parlament”in "deputat”ı Metakse Akopyanın dediyinə görə, ötən ay da analoji aksiya olmuşdu.

Ağoğlandan olan ermənilər Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının komandanı, general-leytenant Rüstəm Muradova kollektiv məktub ünvanlayıblar.

"Biz o rayonun sakinləriyik və evlərimizə qayıtmaq üçün şərait yaradılmalıdır. Dedilər ki, məsələ müzakirə olunur. Amma hələ də cavab yoxdur. Sosial vəziyyət çox ağırdır, dalana dirənir. Heç bilmirəm bu dalandan necə çıxacağıq”, - M.Akopyan söyləyib.

Rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərdə ermənilərin normal yaşayış şəraitləri yoxdur. Hazırda Xankəndidə kirayə ev və ya mənzillərin minimal aylıq qiyməti 150 min erməni dramı, yəni 285 ABŞ dollarıdır. Evsiz-eşiksiz qalmış ermənilərə isə ayda cəmi 60 min dram məbləğində yardım verilir.

Havalar soyuqdur və evlərin qızdırılması ilə bağlı ciddi çətinliklər var.
Üstəlik, çörək qıtlığı da var.

Hər qarabağlı erməniyə ayda 68 min dram veriləcəyi deyilir. Lakin bu pulların yalnız mart ayının sonlarında ödəniləcəyi bəyan edilib. Ermənilər bu vədə də inanmırlar.

Hazırda Xankəndidə 20 min erməni evsiz-eşiksizdir. Onların yaxın müddətdə yaşayış yerləri ilə təmin ediləcəkləri illüziyadır. /Milli.az


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol