• $
  • €
  • ₽
  • ₺
  • £

Buraxılış imtahanı keçirilir

Buraxılış imtahanı keçirilir
07.03.2021 09:12
Dövlət İmtahan Mərkəzi bu gün respublikanın 24 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirəcək.

DİM-dən Anews.az-a verilən məlumata görə, imtahan keçirilən şəhər və rayonlar peşə-ixtisas təhsili müəssisələrinin yerləşdiyi ərazilərə uyğun müəyyən olunub.

Həmin gün 3254 şagirdin (Bakı şəhəri üzrə Binəqədidə 269, Xətaidə 129, Xəzərdə 112, Nərimanovda 387, Sabunçuda 300, Qaradağda 144, Nizamidə 140, Gəncədə 280, Şəmkirdə 40, Gədəbəydə 39, Qazaxda 18, Tovuzda 86, Sumqayıtda 258, Şamaxıda 20, Qəbələdə 54, Qaxda 98, Bərdədə 75, Göyçayda 52, Kürdəmirdə 20, Zərdabda 76, Şirvanda 74, Sabirabadda 75, Biləsuvarda 55, Salyanda 55, Saatlıda 72, Lənkəranda 31, Cəlilabadda 88, Qubada 96, Qusarda 35, Xaçmazda 76 nəfər) imtahan verəcəyi nəzərdə tutulur.

İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə onlara tədris dili, riyaziyyat və xarici dil üzrə ümumilikdə 85 tapşırıq təqdim edilir. İmtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanır. İmtahan bitdikdən sonra iştirakçılar sual kitabçası və cavab vərəqini nəzarətçiyə təhvil verməlidirlər. 

İmtahanların keçirilməsi üçün 32 imtahan binası ayrılıb. İmtahanların idarə olunmasına 44 imtahan rəhbəri, 32 ümumi imtahan rəhbəri, 313 nəzarətçi-müəllim, 64 buraxılış rejimi əməkdaşı ayrılıb

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol