Bakıda güclü külək məktəbin damını uçurdu

Bakıda əsən güclü külək məktəbin damını uçurub.
Belə ki, güclü külək 278 saylı tam orta məktəbin damının bir hissəsini uçuraraq yerə atıb.
Bakı şəhəri üzrə Təhsil İdarəsindən "Qafqazinfo"ya verilən məlumata görə, müvafiq mütəxəsislər məktəbdə olub, vəziyyətlə bağlı ilkin təhlükəsizlik tədbirləri görülüb. İlkin araşdırmalardan sonra müvafiq rəy veriləcək.
İlkin təhlükəsizlik tədbirlərinin təmin olunması ilə yanaşı, hava şəraiti imkan verən kimi dam örtüyünün bərpa işlərinə başlanacaq
www.anews.az
























