• $
  • €
  • ₽
  • ₺
  • £

Professor Adil Allahverdiyev: “Yoluxma sayının artmasını böyütməyək”

Professor Adil Allahverdiyev: “Yoluxma sayının artmasını böyütməyək”
07.03.2021 12:27
"Biraz artma var, amma bunu çox da böyük rəqəmlə ifadə etməyək. Artırsa və ya bundan sonra arta bilərsə, bunun müxtəlif səbəbləri ola bilər”.

Anews.az "Real TV"-ə istinadla xəbər verir ki, bunu Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev bildirib.

Onun sözlərinə görə, koronavirusa yoluxma hallarının artması yumşaldılma tədbirləri ilə bağlı olaraq insanlarda yaranan arxayınlıqla əlaqədardır:

"Kafe-restoranların, ictimai iaşə müəssisələrinin açılması, insanların belə yerlərə getməsi, maskaya münasibətin belə yerlərdə bir az geri plana düşməsi də burada rol oynaya bilər.

Bir çox ölkələrdə, eləcə də, qonşu Türkiyədə koronavirusun daha sürətlə yayılan mutasiyalarına rast gəlinir. Ancaq Azərbaycanda aparılan tədqiqatlarda yeni ştammlar aşkarlanmayıb. Ona görə xəstəlik sayının artmasını böyütməyək.

Bir artım var. Ancaq vətəndaşlar daha diqqətli olmalıdırlar ki, sıx tədbirlərin görülməsinə getməyək”.

A. Allahverdiyev bildirib ki, nə qədər ki pandemiya var, periodik olaraq qapanmalar gözləniləndir:

"Ancaq hazırda qapanmaların olub-olmayacağını söyləmək çətindir. Onu zaman göstərəcək. Əhalinin qoyulan tələblərə necə riayət etməsi burda mühüm rol oynayacaq”.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol