Seneqaldakı iğtişaşlarda yeddi nəfər ölüb

Seneqalda müxalif lider Usman Sonkonun azadlığa buraxılması tələbilə keçirilən etirazlarda ən az yeddi nəfər həlak olub.
Diaoba şəhərində dövlət mərkəzinə hücum zamanı 17 yaşlı gənc güllələnib. Bundan sonra etirazçılar polis məntəqəsinə od vurublar.
Digər şəhərlər də daxil olmaqla, 6 polis idarəsinin dağıdıldığı bildirilir.
www.anews.az
























