• $
  • €
  • ₽
  • ₺
  • £

Müxalifət Paşinyana seçkilərlə bağlı şərt qoydu

Müxalifət Paşinyana seçkilərlə bağlı şərt qoydu
09.03.2021 22:51
Ermənistanın müxalif "Vətənin xilası hərəkatı”nın koordinatoru İşxan Saqatelyan ölkədə siyasi böhranın həlli variantını təklif edib.

Anews.az "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o, eyni zamanda, bu təklifin mövcud hökuməti razı salmayacağını da deyib.
"Nikol Paşinyan saat 12:00-dək parlamentə gəlsin və istefa versin. Bu zaman biz seçkilərə razı olarıq. Ancaq o, bunu etməyəcək, çünki baş nazir kürsüsünə "yapışıb”.

Qeyd edək ki, hazırda müxalifət parlament binasının girişlərini bağlayıb. Dəmirçiyan küçəsində çadırlar qurulub, zibil qablarından sədlər yaradılıb.

Saqatelyan Paşinyan parlamentə gələrsə, onun üçün "dəhliz” açmağa hazır olduqlarını bildirib.

Bundan başqa, o qeyd edib ki, müxalif aksiyaçılar Baqramyan prospektində və Dəmirçiyan küçəsində gecələyəcəklər və onlar hakim "Mənim addımım” partiyasından olan deputatları onlar baş nazirin impiçmenti ilə razılaşmayanadək parlament binasına buraxmayacaqlar.

"Onun siyasi üstünlüyü yoxdur. Paşinyan müxalif fraksiyanı onunla razılaşmaya çəkərək boşboğazlıq edir. Ancaq məqsədinə çatmayacaq”, - deyə Saqatelyan bildirib.

Xatırladaq ki, bundan əvvəl Paşinyan erkən seçkilərlə bağlı müxalifətlə razılığa ümid etdiyini bildirmişdi. O, "Çiçəklənən Ermənistan” və "Maarifçi Ermənistan” partiyalarına baş nazir postuna öz namizədlərini irəli sürməməklə bağlı memorandum imzalamağı təklif etmişdi. Yalnız bundan sonra erkən parlament seçkilərinin keçirilməsi qərarı qəbul edilə bilər

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol