• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL-ın sərnişin daşımaları kəskin azalıb

AZAL-ın sərnişin daşımaları kəskin azalıb
10.03.2021 11:46
2020-ci ildə "Azərbaycan Hava Yolları” QSC (AZAL) və onun aşağı büdcəli törəməsi "Buta Airways” 2019-cu illə müqayisədə 78,7 % az- 574,2 min sərnişin daşıyıb.


Anews.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabatında bildirilir.


Hesabata əsasən, ötən ildə əvvəlki illə müqayisədə yük və baqaj daşınması 66,6 % azalaraq 5 min ton, poçt daşınması isə 66,2 % azalaraq 171,5 ton təşkil edib.


Beynəlxalq reyslərlə daşınan sərnişinlərin sayı 80,4 % azalaraq 407,7 min nəfər təşkil edib. Daxili marşrutlar üzrə isə 166,5 min sərnişin daşınıb.


AZAL-ın aviaşirkətlərin reyslərində sərnişin dövriyyəsi 980,6 mln sərnişin/km təşkil edərək, əvvəlki illə müqayisədə 79,3 %, beynəlxalq reyslərində sərnişin dövriyyəsi isə 864,7 mln sərnişin/km təşkil edərək, 2019-cu illə müqayisədə 80 % azalıb.


Hesabat dövründə sərnişin oturacaqlarının tutulma faizi əvvəlki illə müqayisədə 17,8 % azalaraq 57,8 % təşkil edib. Beynəlxalq hava xətlərində sərnişin oturacaqlarının tutulma faizi 2019-cu illə müqayisədə 19 % azalaraq 55,7 % təşkil edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol