Nazirlikdən peyvənddən sonra yoluxan Pənah Hüseynlə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl peyvənd olunmuş Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn koronavirusa yoluxub. Vaksinasiya olunmuş şəxsin "COVID-19”a yoluxması sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Səhiyyə Nazirliyi Respublika Gigiyena Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva da müsahibələrinin birində qeyd edib ki, "COVID-19” infeksiyasına qarşı vaksinasiyanın aparılmasının əsas məqsədi əhali arasında kollektiv immunitetin yaranması, bu infeksiyanın yayılmasının qarşısının alınması və idarə edilən səviyyəyə çatdırılmasına nail olmaqdır: "Yoluxma halları baş verdikdə belə vaksin vasitəsi ilə qazandığımız anticismlər sayəsində xəstəlik yüngül şəkildə keçiriləcək. Vaksinasiyada əsas məqsəd ağırlaşmaların və ölüm hallarının qarşısını almaqdır”.
www.anews.az
Son xəbərlər 
Daha çox 























