Bakı şəhəri Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbində dərslərin distant formada keçirilməsi qərara alınıb. Buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır. Dərslər iki həftəlik distant formada davam etdiriləcək. Qeyd edək ki, bu gün ölkə ərazisində fəaliyyət göstərən daha beş məktəb COVID-19-a görə bağlanıb. www.anews.az