• $
  • €
  • ₽
  • ₺
  • £

“E-Təbib” vətəndaşlara yanlış xəbərdarlıq göndərir?

“E-Təbib” vətəndaşlara yanlış xəbərdarlıq göndərir?
11.03.2021 17:02
"E-Təbib” mobil tətbiqini yükləmiş vətəndaşların telefonlarına ictimai nəqliyyatda olarkən yaxın məsafədə "COVID-19” virusuna yoluxmuş xəstənin aşkarlanması ilə yanlış məlumatlar gəldiyi ilə bağlı müzakirələr aparılır.

Anews.az-ın məlumatına görə, məsələ ilə bağlı "E-Təbib” çağrı mərkəzinin Vasif adlı əməkdaşı "Modern.az”a bildirib ki, tətbiqin yanlış məlumat göndərmə ehtimalı yoxdur:

"Siz koronaviruslu xəstə ilə yaxın təmasda olduğunuzda avtomatik olaraq tətbiq tərəfindən sizə bildiriş göndərilir. Nəticə etibarilə, məlumatın müəyyən olunması zamanı proqramlar bir-birini tapır. Amma həmin şəxsin kimliyinin tətbiq tərəfindən müəyyənləşdirilməsi mümkün deyil. Tətbiq vasitəsilə yalnız koronavirus testi vermiş və nəticəsi pozitiv çıxmış şəxsin sizin yaxınlığınızda olması məlumatı göndərilə bilər”.

DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev isə bildirib ki, gücləndirilmiş nəzarət-profilaktik tədbirlər nəticəsində son günlər ictimai yerlərdə aktiv koronavirus xəstələri aşkarlanmır:

"Sizin qeyd etdiyiniz məsələyə gəlincə, bu hal aktiv koronaviruslu xəstənin evinin yaxınlığından keçdikdə, yaxud da ailə üzvlərindən kimsə aktiv koronaviruslu xəstənin mobil telefonundan istifadə edən zaman da mümkündür. Tam əmin ola bilərsiniz ki, test vermiş və nəticəsi pozitiv olan koronaviruslu xəstələrə yaşayış yerlərində xidmət aparan əməkdaşlarımız tərəfindən ciddi nəzarət olunur”.

DİN rəsmisi qeyd edib ki, hətta koronaviruslu xəstələrin evinin qarşısında polis əməkdaşları tərəfindən nəzarət həyata keçirilir.








www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol