“Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçdi

Havaların kəskin soyuyacağı, qar və sulu qar yağacağına dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumatla əlaqədar olaraq "Azərişıq” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.
Bildirilib ki, mövcud hava şəraiti ilə əlaqədar olaraq Bakı şəhəri və regionlarda gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Həmçinin ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























