• $
  • €
  • ₽
  • ₺
  • £

Microsoft bir sıra xidmətlərini Azərbaycan dilinə lokallaşdırdı

Microsoft bir sıra xidmətlərini Azərbaycan dilinə lokallaşdırdı
12.03.2021 19:00
Microsoft Teams onlayn əməkdaşlıq və təhsil platformasının lokallaşdırılması, Microsoft korporasiyasının tətbiq və xidmətlərinin Azərbaycan dilində əlçatan olması istiqamətində ilk addımdır. Belə ki, bu yaxınlarda Azərbaycan dili şirkətin Microsoft Translator apps, Office, Translator for Bing, eləcə də biznes və developerlər üçün nəzərdə tutulan Azure Cognitive Services Translator kimi bütün əsas tətbiq və xidmətlərində mövcud oldu.

Pandemiya fonunda Microsoft Teams Azərbaycan təhsil sistemində onlayn dərslərin təşkili üçün əsas alətə çevrilib. Bu platforma təhsil sisteminə inteqrasiya olunaraq, orta təhsil müəssisələrinin təqribən 1,4 milyon müəllim, tələbə və şagirdləri üçün təşkilati və tədris proseslərini sadələşdirib.
Məsələnin aktuallığını və dövlət dilində təhsil alan 1 milyon istifadəçinin ehtiyaclarını nəzərə alaraq, ötən ilin sonunda Microsoft Teams tam olaraq Azərbaycan dilində lokallaşdırıldı.

Təhsil sistemindən başqa, Microsoft Azərbaycan hökumətinə məsafədən iş prosesinin qurulmasında və video konfrans sistemləri kimi bulud əsaslı onlayn həllərin istifadəsində də dəstəyini davam etdirir.

İstifadəçilərin daha yüksək zirvələrə çatması üçün, hər il 21 fevralda Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) tərəfindən qeyd olunan Beynəlxalq Ana Dili Günü ərəfəsində Microsoft Translator apps, Office, Translator for Bing, həmçinin Azure Cognitive Services Translator kimi tətbiq və xidmətlər Azərbaycan dilində tam əlçatan oldu.

Süni intellektlə işləyən Microsoft Translator, mətn, səs və şəkilləri dəstəkləyir. Onun vasitəsilə avtomatik olaraq tərcümə etmək və birdən çox istifadəçi ilə danışıqları səsləndirmək mümkündür. Bundan əlavə, bu həll nitq tanıma qabiliyyətinə malikdir və doqquz yeni dilin əlavə edilməsi ilə, Microsoft Translator tərəfindən dəstəklənən dillərin ümumi sayı 83-ə çatdırıldı. Microsoft Translator-un Android və iOS üçün də mobil versiyaları mövcuddur. Həmçinin veb interfeysi vasitəsilə səs və mətn tərcüməçisindən də istifadə etmək mümkündür. Microsoft Translator, müxtəlif ölkələrdən olan tələbələrə mühazirə oxumağı, fərqli dillərdə danışan təhsil qruplarını bir araya gətirməyi və konfranslar keçirməyi çox asanlaşdırır.

Şirkətlər üçün Microsoft Translator-un müxtəlif biznes proqramlarına inteqrasiyası Cognitive Services APIs-ın kitabxana interfeysləri vasitəsilə nəzərdə tutulur.
"Bu, ölkələrin miqyasına və dilin mürəkkəbliyinə baxmayaraq, Süni İntellektin fərqli bölgələrdə və icmalarda innovasiyalara daha yaxın olmaq imkanının yaratmasının əla nümunəsidir. Yeni nəsil maşın tərcüməsi modellərinin istifadəsi, tərcümənin keyfiyyətini və müxtəlif dillər üçün dəstəyi əhəmiyyətli dərəcədə artırır. Bunun sayəsində Azərbaycan, Polşa, Albaniya, Ukrayna, Qazaxıstan və digər ölkələrdəki şirkətlər, tədqiqatçılar və vətəndaşlar ən son məlumatlara və araşdırmalara giriş əldə edə bilər. Bu onlara həmçinin səhiyyə, vətəndaş xidmətləri, əsaslı tədqiqatlar və ticarət tətbiqetmələrində yeniliklərin inkişafına və tətbiqinə töhfə verməyə, təcrübə mübadiləsi aparmağa imkan yaradacaq”, - Mərkəzi və Şərqi Avropa bölgəsi üzrə Microsoft-un Süni İntellekt istiqamətinin rəhbəri Dmitri Turçin belə hesab edir.

Lokallaşdırılmış xidmət və tətbiqlər Microsoft-un Süni İntellektini müxtəlif dövlət və özəl sektorlarda istifadəsini daha da yaxınlaşdıracaq.
Şirkət haqqında:

Microsoft geniş çeşiddə proqram təminatı və İT xidmətləri təqdim edən informasiya texnologiyaları sahəsində dünya lideridir.

Şirkətin təklif etdiyi məhsullar arasında əməliyyat sistemləri, server həlləri, bulud xidmətləri və s. daxildir.

Şirkət dünyanın 190-dan çox ölkəsində təmsil olunur.

Microsoft-un baş qərargahı ABŞ-ın Vaşington ştatının Redmond şəhərində yerləşir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol