• $
  • €
  • ₽
  • ₺
  • £

ÜST-dən “Astra Zeneca” peyvəndi ilə bağlı AÇIQLAMA

ÜST-dən “Astra Zeneca” peyvəndi ilə bağlı AÇIQLAMA
12.03.2021 17:30
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı peyvəndləmə üçün "Astra Zeneca” şirkətinin dərmanından istifadəni dayandırmaq üçün tutarlı əsas görmür.

Bu barədə ÜST-nin sözçüsü Marqaret Harris brifinqdə bildirib.

"Avropanın tibb agentliklərinin təhlükələrin müşahidə və dəyərləndirilməsinə dair komissiyasının mövqeyi həmin peyvəndin ziyandan çox fayda verməsindən ibarətdir. Həmçinin ÜST-nin Dərmanların Təhlükəsizliyinə dair Məşvərət Komitəsi də bütün peyvəndlərin təhlükəsiz olub-olmadığını müəyyənləşdirir. Onlar hazırda "Astra Zeneca”ya dair xəbərləri təhlil edirlər”, - təşkilat rəsmisi qeyd edib.

Xatırladaq ki, sözügedən peyvəndin tətbiqi nəticəsində qan laxtalanması hallarının yaranmasına dair xəbərlər üzündən Danimarka, Norveç, İslandiya, sonra da Bolqarıstan həmin dərmanın istifadəsini müvəqqəti dayandırıb.

Hazırda məsələnin ekspertlər tərəfindən ətraflı araşdırıldığını bildirən ÜST sözçüsü martın 9-na olan vəziyyətə görə dünyada "Astra Zeneca” peyvəndinin 268 milyon dozasının istifadə olunduğunu, bununla bağlı ölüm halları barədə məlumat alınmadığını diqqətə çatdırıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol